Azərbaycanlı Xalq artisti mənzilində huşsuz vəziyyətdə tapıldı — FOTO

20:35 | 05.12.2019
Əslən azərbaycanlı olan Rusiyanın Xalq artisti Tereza Durova öz evinin dəhlizində huşsuz vəziyyətdə tapılıb. Onu gec gəlməsindən narahat olan sürücüsü aşkarlayıb.
 
Bu barədə "5-TV” xəbər verir.
 
Həkimlər onun insult keçirdiyini bildiriblər. Hadisənin təfərrüatı məlum deyil.
 
Qeyd edək ki, Tereza Durova Azərbaycanda musiqiçi və təlimçi Hannibal Nacarovun və fil məşqçisi Tereza Durovun ailəsində dünyaya gəlib. O, Rusiya imperiyasında məşhur sirk artisti Anatoli Durovun nəticəsidir.
 
 


www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM