İranda güclü zəlzələ

13:42 | 10.12.2019
İranda güclü zəlzələ

İranda güclü zəlzələ

İranın cənub-qərbində Kohgiluyə və Buyir Əhməd vilayətinin Bəhmei rayonu yaxınlığında 4,6 bal gücündə zəlzələ baş verib.

Anews.az-ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.
Zəlzələ yerli vaxtla saat 11:51-də 17 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb. /trend

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti