2020-ci il Avropa çempionatının açılış oyununu keçirmək üçün Bakı şəhərinin də namizədliyi irəli sürülüb.
Anews.az-ın məlumatına görə, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən Report-a deyilib ki, UEFA-nın göndərdiyi müvafiq sorğu müsbət cavablandırılıb.
Bununla yanaşı, açılış oyununun Bakı Olimpiya Stadionunda keçirilmə şanslarının az olduğu vurğulanıb. Səbəb kimi 2019-cu ildə Avropa Liqasının final matçının bu arenada təşkil olunacağı göstərilib.
AVRO-2020-nin keçiriləcəyi 13 stadiondan "Uembli" (London) açılış oyununa ev sahibliyi edə bilməz. Çünki bu arenada yarımfinal və final oyunları keçiriləcək. Bakı Olimpiya Stadionu isə qrup mərhələsinin 3 oyunundan əlavə, "Alyans Arena" (Münhen), "Sankt-Peterburq" və "Olimpiko" (Roma) stadionları ilə birgə 1/4 final görüşlərinə ev sahibliyi edəcək. Bu şəhərlərdən Sankt-Peterburq artıq namizədliyini irəli sürüb. Qalan 5 namizədin də böyük stadionlara malik şəhərlərdən biri olacağı gözlənilir. 68700 nəfərlik Bakı Olimpiya Stadionu oyunlara ev sahibliyi edəcək digər 8 arenanı tamaşaçı tutumunda üstələyir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !