Ceyhun Bayramovdan yeni TƏYİNAT

11:30 | 18.01.2020
Təhsil Nazirliyində kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Əmrə əsasən, Orxan Abbasov Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb.

O.Abbasov bundan əvvəl Təhsilin inkişafı proqramları şöbəsinin Təhsildə innovasiyalar sektorunun müdiri vəzifəsində çalışıb.

www.anews.az

Xəbər lenti