Yalançı rəis ifşa edilib tutuldu - Azərbaycanda

10:13 | 24.01.2020
Yalançı rəis ifşa edilib tutuldu - Azərbaycanda

Yalançı rəis ifşa edilib tutuldu - Azərbaycanda

Sabirabad rayonunda özünü mühafizə xidmətinin rəisi kimi təqdim edən şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə, "Kanal13”ün "Yutub” sosial şəbəkəsindəki səhifəsində Sabirabad rayon sakini olan bir qrup şəxsin özünü rayondakı mühafizə xidmətinin rəisi kimi təqdim edən Baba Qədirov tərəfindən işə düzəldiləcəkləri adı ilə onlardan pul alması barədə video paylaşılıb.

Bildirilib ki, hələ ötən ilin noyabr ayında qeyd olunan məsələ ilə bağlı Sabirabad rayonundan olan bir qrup şəxs DİN-ə müraciət ediblər. Dərhal məsələ araşdırılıb və təsdiqini tapıb:

"Odur ki, 25.11.2019-cu il tarixdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) Baba Qədirov və qeyriləri barəsində Cinayət Məcəlləsinin (CM) 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işi başlanılıb. Bundan 2 gün sonra Baba Qədirov CM-nin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Fürsətdən istifadə edərək Baba Qədirovun əməllərindən zərərçəkmiş digər şəxslərin də nəzərinə çatdırırıq ki, bu barədə BMCMİ-yə və ya Sabirabad Rayon Polis Şöbəsinə müraciət edə bilərlər".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM