Nərminin ölümündən pul qazananlar - FOTO

15:41 | 29.01.2020
Nərminin ölümündən pul qazananlar - FOTO

Nərminin ölümündən pul qazananlar - FOTO

Quliyeva Nərmin Şərif qızının itkin düşməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Müəmalı itkini hər kəs çox diqqətlə izləyirdi. Nərminin azyaşlı və körpə olması insanları daha da həyacanlandırırdı. Hadisədən 47 gün keçəndən sonra hər kəs çox acı mənzərə ilə qarşılaşdı. Nərminin yandırılmış şəkildə ölü  tapılması insanları hiddətləndirdi. İstər itkin düşdüyü dönəmdə,  istərsə də meyitin tapılmasından sonra televiziyalar və sosial media qatilin tapılması və cəzalandırılması tələbinini irəli sürürdü. 
 
Bu günlər ərzində elm xadimləri, siyasətçilər, mədəniyyət nümayəndələri, siravi insanlar bu günahsız körpənin ölümünə biganə yanaşmadılar. Xalq Nərmin üçün susma kampanıyasına qoşuldu. Meyit tapılandan sonra hamı qatilə ən ağır cəza verilməsi fonundan çıxış edirdi.  Azyaşlı Nərminin vəhçicəsinə öldürülməsi cəmiyyətdə böyük sarsıntı yaşatdı.
 
Bu ölümdən pul qazanmaq istəyənlər də az olmadı. Sosial şəbəkə hesablarında Nərminin şəkillərini paylaşaraq üzərinə reklam və əlaqə nömrələri yerləşdirənlərin sayı kifayət qədər çoxdur.  Müğənni Damla Nərminin qəbrini ziyarət etdiyini öz sosial hesabında yazdı və özünə qarşı nifrət oyatdı. İzləyicilər bunu "özünü reklam” kimi dəyərləndirərək  etiraz etdilər.  Bu ölüm hadisəsindən öz gəlir mənbəyi kimi istifadə edən şirkətlər də oldu. Bunlardan biri  "Azəri Xalı Xalça Yuma”-dır.  Şirkət müştəri cəlb etmək üçün Nərminin ölümündən istifadə edirdı. Cəmiyyətdə Nərminlə bağlı cinayət işi daha çox kütlə tərəfindən izlənildiyi üçün bu ucuz yola əl atıblar. Həmin şirkətin Facebook səhifəsinə nəzər saldıqda məlum oldu ki, səhifədə bu cür üsuldan çox istifadə olunub. Hətta milli qəhramanlarımız, şəhidlərimiz və qazilərimizin şəkillərindən də müştəri cəlb etmək üçün istifadə edilib. 
 
Zaur Qənbərov
 
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb