“Azərişıq”da YENİ TƏYİNATLAR

12:58 | 04.02.2020
"Azərişıq” ASC-nin bir sıra region rəislərinin yerləri dəyişdirilib.

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Ülvi Həsənov tutduğu vəzifədən azad edilərək Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) rəis təyin edilib.

Məlumata görə, Yasamal RETSİ-nin rəisi Abbas Quliyev vəzifəsindən azad edilərək Səbail RETSİ-nə, Səbail RETSİ-nin rəisi Məhəmmədəli Məmmədov Nizami RETSİ-nə, Nizami RETSİ-nin rəisi Ələsgər Bədəlov Sabunçu rayon ETSİ-yə, Sabunçu RETSİ-nin rəisi Paşa Əliyev Biləcəri ETSİ-nə rəis gətirilib.

"Azərişığ"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qeyd edilən təyinatları "Report"a təsdiq edib.

www.anews.az

Xəbər lenti