Xalq artisti xəstəxanaya yerləşdirildi

21:27 | 07.02.2020
Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi

"Onu heç xəstə yatağında görmək istəməzdim. Amma nə edəsən ki, yaş öz sözünü deyir. Elmira Rəhimovanı həmişə gümrah görməyə adət etmişəm. Düzdür, son vaxtlar səhhətindəki problemləri bilirdim, buna baxmayaraq, özünü sındırmır, zarafatla da olsa "Maşallah, top kimiyəm", deyirdi".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Hacı Nuran Hüseynov Xalq artisti Elmira Rəhimovanın ünvanına bildirib. O, hazırda xəstəxanada olan müğənniyə baş çəkib. Hacı Nuran bildirib ki, E.Rəhimova bağ evi olmasını arzulayır:
"Elmira Rəhimova mənə anam qədər əziz olan bir insandır. Onun barəsində nə qədər yazsam yenə azdır. Onun Azərbaycan incəsənətində xüsusi yeri var. Ən azından heç kim onun kimi hind mahnılarını sevə-sevə oxumadı. Açığını desəm, nəinki hind mahnılarını, elə Hindistanın özünü də Elmira xanıma görə sevdim.
O cür böyük sənətkarı xəstə çarpayısında görmək mənə də pis təsir etdi. Amma həmişəki kimi optimistdir. 
Arzusunu da dedi: "Bir bağ evim olsun, gedim oturum həyətdə. Doyunca nəfəs alım". Yastığın yüngül olsun, Elmira ana. Allahdan sənə ancaq şəfa diləyirəm".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM