Strateji inkişaf planını uğurla yerinə yetirmək
üçün kadr potensialını gücləndirən Azərbaycan Beynəlxalq Bankında yeni təyinat
baş verib. Nihat Şenyuva bankın Baş informasiya inzibatçısı vəzifəsinə təyin
edilib.
1977-ci il təvəllüdlü Nihat Şənyuva 2000-ci ildə
Türkiyənin Ege Universitetindən Kompüter mühəndisliyi ixtisası üzrə məzun olub.
2009-cu ildə isə Yeditepe Universitetində MBA dərəsəci alıb.
O, 2002 –2011-ci illərdə Yapi Kredi Bankda, 2011-2016-cı illərdə Yapı
Kredi Azərbaycanda müxtəlif vəzifələrdə çalışıb. Bankın İnformasiya
texnologiyaları departamentinin rəhbəri, daha sonra İT üzrə baş direktoru olub.
Azərbaycan Beynəlxalq Bankı komandasına qoşulmazdan
əvvəl Yapı Kredi Bankın törəmələri olan Yapı Kredi Bank Azərbaycan, Yapı Kredi
Bank Niderland, Yapı Kredi Bank Malta banklarında, Yapı Kredi Factoring, Yapı
Kredi Leasing, Yapı Kredi Asset Management təşkilatlarında İT və rəqəmsal
transformasiya üzrə məsul rəhbər vəzifəsində çalışıb.
Azərbaycan Beynəlxalq Bankının 2022-ci ilə qədər qarşıya
qoyduğu əsas hədəflərdən biri innovativ həllərin geniş tətbiqi, mükəmməl rəqəmsal
təcrübənin formalaşdırılmasıdır. Bank hazırda bu istiqamətdə ardıcıl layihələr
həyata keçirir. Nihat Şənyuva Azərbaycan Beynəlxalq Bankında İT və rəqəmsal
transformasiya proseslərinə rəhbərlik edəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !