Bakının iki rayonunda su olmayacaq

14:34 | 12.02.2020
Bu gün Bakının iki rayonuna içməli suyun verilişi dayandırılacaq.

Bununla bağlı "Azərsu” ASC məlumat yayıb.

Bildirilir ki, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində Xətai və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

www.anews.az