Bu avtobusların hərəkət istiqaməti dəyişdi

12:07 | 25.02.2020
Bu avtobusların hərəkət istiqaməti dəyişdi

Bu avtobusların hərəkət istiqaməti dəyişdi

Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar sabah Bakıda 7 marşrut xəttinin yolu dəyişdiriləcək.
 
Bakı Nəqliyyat Agentliyindən Pravda.az-a verilən məlumat görə, anım tədbiri ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından, 7 marşrut xəttinin (4, 21, 30, 32, 46, 49 və 175) hərəkət trayektoriyası dəyişdiriləcək. Müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM