Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi - FOTO

13:02 | 01.05.2020
Gədəbəy rayon icra hakimiyyətinin şöbə müdiri  Həsənov Rakif Cəbrayıl oğlu vəfat edib. 

Anews.az xəbər verir ki, Həsənov Rakif Gədəbəy rayon icra hakimiyyətində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində müdir kimi çalışıb. 

Əldə etdiyimiz məlumata görə, R. Həsənov uzun müddətdir ki, ürək çatışmazlığından əziyyət çəkirdi. 
 
Faktı Gədəbəy rayon icra hakimiyyəti Anews.az-a təsdiq edib.

Allah rəhmət etsin!
 
 Zaur Qənbərov

  


www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM