Ermənistan ordusu itki verdi

22:00 | 20.05.2020
Ermənistan Silahlı Qüvvələri işğal altındakı Dağlıq Qarabağda itki verib.

Publika.az erməni mediasına istinadən xəbər verir ki, müddətdən artıq hərbi qulluqçu Enrik Aramyan naməlum şəraitdə ölüb.

2000-ci təvəllüdlü əsgərin ölümünə səbəb olaraq başından aldığı güllə yarası göstərilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM