Türkiyədə azərbaycanlı sərnişinlər diri-diri yandı

18:19 | 23.05.2020
Türkiyənin Trabzon şəhərinin Of rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.  Türkiyə mətbuatında yayılan məlumata görə, hadisə Of-Çaykara yolunda baş verib.  Azərbaycan vətəndaşı olan Fariz Farizovun idarə etdiyi avtomobil idarəetməni itirərək elektrik dirəyinə çırpılıb və qəfil yanmağa başlayıb.

Avtomobildə olan sərnişinlər  diri-diri yanıb,  sürücü isə dövlət xəstəxanasına çatdırılıb.
 
Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM