Sabah güclü külək əsəcək

14:32 | 29.05.2020
Sabah güclü külək əsəcək

Sabah güclü külək əsəcək


Sabaha, mayın 30-na gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən xəbərə görə, mayın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21, gündüz  24-27, Bakıda gecə 18-20, gündüz  24-26 dərəcə isti olacaq.
 
Mayın 30-da Azərbaycanın əsasən  dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı,  yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər  bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu  gecə 16-21, gündüz 31-36, dağlarda gecə  9-14, gündüz 18-23 dərəcə isti olacaq.
 
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 30-u gündüzdən 31-i axşamadək  Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb