Azərbaycanın xalq artisti dünyasını dəyişdi

17:36 | 11.06.2020
Azərbaycanın xalq artisti dünyasını dəyişdi

Azərbaycanın xalq artisti dünyasını dəyişdi

Xalq artisti Teymur Mustafayev dünyasını dəyişib. 

Anews.az-in məlumatına görə, 81 yaşlı məşhur xanəndə bu gün vəfat edib.

Mədəniyyət Nazirliyi T. Mustafayevin ölüm xəbərini təsdiqləyib. Nazirliyin məlumatına əsasən, sənətçinin dəfn olunma vaxtı və yeri barədə açıqlama veriləcək.
Qeyd edək ki, Teymur Mustafayev 1939-cu il aprelin 10-da Cəlilabadda anadan olub. O, əmək fəaliyyətinə 1959-cu ildə başlamış və 60 il ərzində Azərbaycan Dövlət Filarmoniyasında, "Azkonsert” Birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müğənni kimi öz sənəti ilə xalqa xidmət edib. Tanınmış sənətkarlarımızın ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan Teymur Mustafayev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirib. 

Görkəmli sənətkar 1982-ci ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. O, Prezident təqaüdçüsü olub.    


 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti