Azərbaycanda daha 338 nəfərdə koronavirus aşkarlandı

18:30 | 16.06.2020
Azərbaycanda daha 338 nəfərdə koronavirus aşkarlandı

Azərbaycanda daha 338 nəfərdə koronavirus aşkarlandı

İyunun 16-da Azərbaycada daha 338 nəfərdə koronavirus aşkarlanıb, bu barədə Nazirlər Kabineti nəzdində yaradılan Operativ Qərargah xəbər verir. 
 
Bu gün  sağalanların sayı 209, ölənlərin sayı isə dörddür.
 
İndiyədək ölkədə ümumilikdə 10 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5948 nəfər müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib, 4588 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4801, ötən müddət ərzində isə ümumilikdə 391 699 test aparılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM