TƏBİB məlumat yaydı - SON DƏQİQƏ

23:51 | 03.07.2020
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 3-nə olan statistik göstəriciləri açıqlayıb.

Anews.az xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 8212 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 267 nəfər reanimasiyada, 59 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 7137 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 502 965 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxub, 395 nəfər sağalıb, 7 nəfər isə vəfat edib.
www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM