Azərbaycan nefti bahalaşmaqda davam edir

10:53 | 14.07.2020
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,35 ABŞ dolları, yaxud 0,79% artıb.

Anews.az xəbər verir ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 44,52 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM