TƏBİB məlumat yaydı - SON DƏQİQƏ

22:18 | 28.07.2020

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 28-nə olan statistik göstəriciləri açıqlayıb, məlumata əsasən hazırda ölkədə 6555 nəfər aktiv koronavirus xəstəsi var.
 
Onlardan 299 nəfər reanimasiyada, 73 nəfər isə süni tənəffüs cihazındadır.
 
Ümumilikdə 30 858 nəfər virusa yoluxub, 23 873 nəfər sağalıb.
 
Qeyd olunub ki, bu gün 8429 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 698 815 test aparılıb.
 
Qeyd edək ki, bu gün 412 koronavirusa yoluxma faktı qeydə alınıb, 7 nəfər dünyasını dəyişib, 631 nəfər sağalıb.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM