Azərbaycan nefti ucuzlaşıb

11:08 | 08.08.2020
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,84 ABŞ dolları, yaxud 1,81% azalıb.
Anews.az xəbər verir ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 45,62 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Telegram kanalımıza abunə ol ! tg_kanal