Azərbaycan nefti ucuzlaşır

14:26 | 08.09.2020
Azərbaycan nefti ucuzlaşır

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 7-də 42,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,76 dollar/barel azdır.

Bu barədə Modern.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 41,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,75 dollar/barel azdır.
 
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 40,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,78 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 40,5 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,71 dollar/barel azdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM