Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağı
hədəfləyən "Azercell Telekom” MMC müasir həyatın ayrılmaz hissəsinə çevrilən rəqəmsal
xidmətləri və ən son model smartfonları daha da əlçatan edir. Ölkənin lider
mobil operatoru Azercell, dünya bazarında keyfiyyət və etibarlılığı ilə seçilən
Samsung şirkəti ilə birgə yeni kampaniyaya start verir. Sentyabr ayının 15-dən
etibarən Azercell ailəsinə yeni qoşulan hər bir abunəçi Samsung brendinə məxsus
istənilən model smartfon və ya planşet əldə edərək 1 il boyunca aylıq 1 GB
internet hədiyyə qazanır.
Kampaniyadan yararlanmaq üçün oktyabr ayının 30-dək
Azercell diler və Eksklüziv mağazalarına yaxınlaşaraq, yeni Azercell nömrəsi ilə
birgə müasir dizayna malik çoxfunksiyalı Samsung cihazlarından birini əldə etmək
kifayətdir.
Bu payız Azercell ilə xatirələrinizi internetə pul
xərcləmədən bölüşün!
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !