Vilayət Eyvazovdan yeni TƏYİNAT

13:51 | 19.09.2020
Daxili işlər orqanlarında yeni təyinat olub.

Anews.az APA-ya istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, Xəzər rayonu 3-cü Polis Bölməsinin rəis müavini polis polkovnik-leytenantı Seymur Qarayev vəzifəsindən azad edilərək 24-cü Polis Şöbəsinə rəis təyin olunub.
 
Qeyd edək ki, bir müddət əvvəl 24-cü Polis Şöbəsinin rəisi Cövdət Məmmədov tutduğu vəzifədən azad edilərək, 6-cı Polis Şöbəsinə rəis təyin edilib

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM