Pəncərəsiz evin sakinləri - FOTO REPORTAJ

18:14 | 12.11.2020
Pəncərəsiz evin sakinləri - FOTO REPORTAJ

Pəncərəsiz evin sakinləri - FOTO REPORTAJ

İkinci Qarabağ savaşı bitdi. Amma neçə qadın dul, uşaqlar yetim, analar övladsız qaldı. Onlardan biri də Fizuli uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanımız Şamo Rəhimovun anası, xanımı və 3 övladıdır. İndi onlara dayaq olmaq bizim işimizdir. Necə ki, 38 yaşlı Şamo Füzulinin alınması uğrunda can qoydu, öz işini gördü, Füzulini bizə qaytardı...

Şamo Rəhimov Füzuli rayonu uğrunda gedən döyüşlərdə 38 yaşında şəhid olub. Şamonun 5 yaşlı oğlu atasının öldüyündən xəbərsizdir.

 
Şamonun 3 azyaşlı övladı isə atalarının ulduzlardan onlara baxdığını düşünür. 

 
Şamonun ilk övladı, qızı  böyüyüb hərbiçi olmaq istədiyini deyir. 

 

Şəhidin anası Rəfiqə Rəhimova qapıya həm qara, həm də qırmızı lent bağlayıb.
 

 

"Cavan olduğu üçün həm qara həm də qırmızı lent bağlamışam qapımıza. 38 yaş nə yaşdır ki? Nə gün gördü ki, balam?", -  deyə ana fəryad edir. 
 

 


Aypəri Rəhimova  şəhid Şamo Rəhimovla 14 il bir yastığa baş qoyub. Onların 3 övladı var. Aypəri maddi müstəqilliyi olmayan qadınlardan biridir.


 
Qadın deyir ki, doqquz sinif bitirməsı barədə belə şəhadətnamə almayıb. 

"Kənddə iş olsa, heç olmasa, uşaq baxçasında, məktəbdə işləyərdim. Bu uşaqları böyüdüb başa çatdırmaq lazımdır. Özüm 8-ci sinifə qədər oxumuşam. Elə məktəbdən birbaşa gəlmişəm ər ocağına. Ərə gedəndə 14 yaşım var idi. Heç yerdə işləməmişəm, elə ancaq çöldə, pambıqda iş olanda getmişəm. Qızım atası kimi hərbçi olmaq istəyir, həyat yoldaşım deyirdi ki, qızım hansı sənəti istəsə onu da seçəcək. Bilmirəm, indi necə olacaq. Ərimin maaşını mənə bağlasalar bir az da olsa yüküm azalardı".




Evin tək gəlir yeri vətəni üçün canından keçən Şamonun qazancı olub. Bu qədər hadisələrin içində 14 yasinda ərə getmiş Aypəriyə tək reallıq qalır.
Şamonun 3 yadigarını böyütmək və ərinin son edəcəyi işi görmək. Yəni evlərinin şüşələri sınmış pəncərələrini salmaq...

 

Hazırladı: Əminə Məmmədova
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM