Əməkdaş və
müştərilərinin təhlükəsizliyə önəm verən "AccessBank” bölgə filiallarında mülki
müdafiə təlimlərini davam etdirir.
Bu dəfəki təlimlər Bankın İsmayıllı, Göyçay, Şəki və
Zaqatala filiallarında baş tutub. Seminarların əsas məqsədi filial əməkdaşlarını
təhlükəsizlik və ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə məlumatlandırmaqdır.
Qeyd
edək ki, "AccessBank” oktyabr ayında bölgə filiallarında mülki müdafi təlimlərinə
start verib. Xüsusi peşəkar təlimçilər tərəfindən həyata keçirilən seminarlar
İkinci Qarabağ müharibəsi ilə əlaqədar ilk olaraq Bankın cəbhəyani, həmçinin müharibə dönəmində hücumlara
məruz qalan digər bölgələrində yerləşən filiallarında baş tutub. Bundan başqa,
mülki müdafiə və ilkin tibbi yardım təlimləri Bankın cənub regional filiallarını
da əhatə edib. Təlimlər digər bölgə filiallarında, həmçinin Bakı və Abşeron
filiallarında da tezliklə həyata keçiriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !