Əməkdar artist dünyasını dəyişdi

17:14 | 20.12.2020
Əməkdar artist dünyasını dəyişdi

Əməkdar artist dünyasını dəyişdi

Azərbaycanın Əməkdar artisti, Gənc Tamaşaçılar Teatrının (GTT) aktyoru Atabala Səfərov dünyasını dəyişib.

Anews.az bildirir ki, bu barədə GTT-nin aktyoru, Əməkdar artist İlham Əsədov feysbuk hesabında məlumat verib.

A.Səfərov bu gün səhər saatlarında 71 yaşında vəfat edib.
Qeyd edək ki, Atabala Səfərov 1949-cu ildə dünyaya gəlib. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib və həmin ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. 1990-cı ildən 1998-ci ilə qədər Azərbaycan Dövlət Gənclər teatrında direktor müavini vəzifəsində çalışıb, 1998-ci ildə yenidən Musiqili Komediya Teatrına qayıdıb və burada yaradıcılıq fəaliyyətini davam etdirib. Bu müddətdə o, "Subaylarınızdan görəsiniz" tamaşasında Seyfi, "Səhnədə məhəbbət"də Milyonçu, "Bir saat xəlifəlik"də Bəhlul Danəndə, "Birgünlük siğə"də Qazi, "Şeytanın yubileyi"ndə Səlim və s. kimi rollarda uğurla çıxış edib.

A.Səfərov 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM