Azərbaycanda son sutkada koronavirusa yoluxanların STATİSTİKASI

18:40 | 18.01.2021
Azərbaycanda son sutkada koronavirusa yoluxanların STATİSTİKASI

Azərbaycanda son sutkada koronavirusa yoluxanların STATİSTİKASI

Azərbaycanda koronavirusa 118 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 227 391 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215 771 nəfər müalicə olunaraq sağalıb, 3022 nəfər vəfat edib, aktiv xəstə sayı 8598 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3399, ötən müddət ərzində isə ümumilikdə 2 321 592 test aparılıb

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb