İlham Əliyev sərəncam imzaladı

16:17 | 23.01.2021
İlham Əliyev  sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı


İsmayıl Muxtar oğlu Hacıyev "Şöhrət" ordeni ilə təltif edilib. 


Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bu barədə müvafiq sərəncam imzalayıb. 


İ. Hacıyev Azərbaycanda elmin inkişafında xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif edilib. 


Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev 21 yanvar 1951-ci ildə Culfa rayonunun Xanəgah kəndində dünyaya gəlib. Yanvarın 21-də onun 70 yaşı tamam olub. O, Əməkdar elm xadimi, tarix üzrə elmlər doktoru, professor, Amerika Birləşmiş Ştatları Nyu-York Elmlər Akademiyasının üzvü (2002), Amerika Birləşmiş Ştatlarının Bioqrafiya İnstitutunun akademikidir (2012).




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM