Mədəniyyət Nazirliyində yeni təyinatlar

17:13 | 16.02.2021
Mədəniyyət Nazirliyində yeni təyinatlar

Mədəniyyət Nazirliyində yeni təyinatlar

Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Elçin Emil oğlu Nəcəfov İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.  O,  son təyinata kimi Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.

Nazir Anar Kərimovun digər əmrinə əsasən, Qurbanzadə Fərid Vidadi oğlu Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

F. Qurbanzadə əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasında mütəxəssis kimi başlayıb. 2002-2021-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində məsul vəzifələrdə çalışıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM