İntihar edən Sevilin ailəsi danışdı - VİDEO

23:24 | 21.02.2021
İntihar edən Sevilin ailəsi danışdı - VİDEO

İntihar edən Sevilin ailəsi danışdı - VİDEO

 "Mən onu canımdan artıq istəyirdim. Əzazil ata olsaydım, nə instituta qoyardım, nə şəhərə çıxmağa, nə də kimlərləsə dostluq etməyə". Bunu Xətai rayonunda çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar edən 20 yaşlı Sevil Atakişiyevanın  atası Samir Atakişiyev bildirib.

Ailə üzvləri Binə qəsəbəsində yaşadıqlarını və Sevilin intihar etdiyi bina ilə heç bir əlaqələri olmadığını deyib. Samir Atakişiyev qızına qarşı hər hansı şiddət göstərmədiyini və onunla münasibətinin hər zaman yaxşı olduğunu bildirib. 

Anası Hicran Atakişiyevanın sözlərinə görə, Sevil sevdiyi oğlanla nişanlı olub.  "Atası ilə də, nişanlısı ilə də münasibəti normal idi. Ölümündən 2 gün qabaq da atası və qardaşı ilə gəzintidə olublar”, deyə Atakişiyeva vurğulayıb.

Atakişiyevanın sözlərinə görə, Sevil intihar etdiyi gün rəfiqəsi Tükəz və nişanlısı Pünhan ona zəng vurub, Sevilin evə gəlib-gəlmədiyini soruşublar. O bildirib ki, Sevilin nə üçün həmin binada intihar etməsi ilə bağlı hər hansı məlumatları yoxdur.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb