Tanınmış rejissor vəfat etdi

17:25 | 08.04.2021
Əməkdar incəsənət xadimi, Azərbaycan Televiziyasının rejissoru Məhərrəm Bədirzadə vəfat edib.

Anews.az APA-ya istinadla xəbər verir ki, tanınmış rejissor bu gün 76 yaşında dünyasını dəyişib.

Məhərrəm Əlisəftər oğlu Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda doğulub.

Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib.

M. Bədirzadə 1969-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışıb.






www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM