İran neft hasilatını artırır

14:11 | 14.04.2021
İran neft hasilatını artırır

İran neft hasilatını artırır

OPEC-ə üzv olan ölkələr arasında neft hasilatına görə dördüncü olan İran bu ilin mart ayında gündəlik hasilatı 110 min barel artıraraq 2,3 milyon barelə çatdırıb.

Anews.az Beynəlxalq Enerji Agentliyinin (İEA) son aylıq hesabatına əsasən xəbər verir ki, bu da son iki ilin ən yüksək göstəricisidir.

"ABŞ-ın sanksiyalarına meydan oxuyan İran 2020-ci ilin sonundan bu yana neft kranlarını açdı. İndi onlar hasilatı son iki ilə yaxın müddətin ən yüksək həddinə çatdırıblar”, – hesabatda qeyd olunur.

Xatırladaq ki, İran neft sənayesinə qarşı sanksiyalar ABŞ tərəfindən 2018-ci ilin payızında tətbiq olunub, 2019-cu ilin may ayında isə sərtləşdirilib. Sanksiyalardan əvvəl isə ölkə gündəlik 4 milyon barelədək neft hasil edirdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb