Tovuzda orta məktəbin 2 sinfi COVID-19 səbəbindən bağlanıb

11:48 | 15.04.2021
Tovuzda orta məktəbin 2 sinfi COVID-19 səbəbindən bağlanıb

Tovuzda orta məktəbin 2 sinfi COVID-19 səbəbindən bağlanıb

Tovuz rayonunda orta məktəbin 2 sinfi distant təhsilə keçib.

Buna səbəb məktəbin müəllimlərindən birinin koronavirus pandemiyasına yoluxması olub.

Belə ki, rayonun İsakənd tam orta məktəbində bir müəllimdə COVID-19 testinin cavabları pozitiv olduğu üçün müəllimin dərs dediyi iki sinif bağlanıb. Şagirdlər müvəqqəti olaraq onlayn təhsil alacaqlar.

Məktəb rəhbərliyi tərəfindən şagirdlərin valideynləri məlumatlandırılıb, sinif otaqları xüsusi məhlullarla dezinfeksiya edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb