Dünyanın ən bahalı futbolçuları - SİYAHI

18:43 | 13.05.2021
Niderlandın KPMG auditor şirkəti dünyanın ən bahalı futbolçularının siyahısını təqdim edib.
"Report”un məlumatına görə, məbləğ bir neçə amildən əmələ gəlib. Bura oyunçunun səviyyəsi, onun statusu, müqaviləsinin müddəti və hazırkı forması daxildir.
İlk pillədə Fransa PSJ-sinin hücumçusu Kilian Mbappe qərarlaşıb. Onun qiyməti 189 milyon avrodur.
Almaniyanın "Borussiya" (Dortmund) komandasının forvardı Erlinq Holann (131 milyon avro) ikinci, İngiltərə "Tottenhemi"inin kapitanı Harri Keyn (127 milyon avro) isə üçüncüdür.
PSJ-nin digər qolçusu Neymar (116 milyon avro) isə 6-cı sırada qərarlaşıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM