Azərbaycanda son sutka ərzində koronavirusa yoluxanların STATİSTİKASI

16:35 | 17.05.2021
Azərbaycanda son sutka ərzində koronavirusa yoluxanların STATİSTİKASI

Azərbaycanda son sutka ərzində koronavirusa yoluxanların STATİSTİKASI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Anews.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 330 269 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 315 415 nəfər müalicə olunaraq sağalıb, 4 792 nəfər vəfat edib. 10 062 nəfər aktiv xəstə sayını təşkil edib.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 877, bu günə qədər isə ümumilikdə 3 392 930 test icra olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM