Daha 4 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

22:07 | 10.06.2021
Qarabağdakı döyüşlər zamanı ölən daha 4 erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə "Sputnik Armeniya” məlumat yayıb.

Meyitlər Cəbrayıl rayonu ərazisində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 567-yə çatıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM