Azərbaycana yay gəldi

09:48 | 21.06.2021
Azərbaycana yay gəldi

Azərbaycana yay gəldi

Bu gün Azərbaycana yay fəsli gəlib.
 
Anews.az xəbər verir ki, yay fəsli Bakı vaxtilə saat 07:32:00-da ölkəyə qədəm qoyub.
 
Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Bu gün ən uzun gündüz və ən qısa gecə olacaq. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq.
 
Qeyd edək ki, bu ilin payız fəsli sentyabrın 22-si saat 23:21-də, qış fəsli isə dekabrın 21-i saat 19:59-da gələcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM