Güləşçimiz erməni rəqibini məğlub etdi

18:30 | 03.07.2021
Güləşçimiz erməni rəqibini məğlub etdi

Güləşçimiz erməni rəqibini məğlub etdi

Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatı sona yaxınlaşır.   Azərbaycan Güləş Federasiyasının verdiyi məlumata görə,  altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Nihat Məmmədli ilk görüşdə erməni rəqibinə gücünü göstərib.

Həsrət Cəfərov 1/8 finalda Macarıstan güləşçisini cəmi 1 dəqiqə 35 saniyəyə xalçadan məyus yola salıb. Xasay Həsənli Çexiya idmançısına elə ilk hissədə qalib gələrək yarışa inamlı start verib. Murad Əhmədiyev debütdə Gürcüstan güləşçisinə məğlub olub.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM