“Bitcoin” kəskin ucuzlaşdı

23:00 | 20.07.2021
“Bitcoin” kəskin ucuzlaşdı

“Bitcoin” kəskin ucuzlaşdı

Bitcoin” son sutkada 6 faiz dəyər itirərək, 29 min 400 dollar səviyyəsinə düşüb.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla kriptovalyutanın həftəlik dəyər itkisi 11 faizi ötüb
.
"Bitcoin”dən sonra ikinci yerdə olan "Ethereum” da son sutka ərzində 7 fazi ucuzlaşaraq, 1735 dollara qədər geriləyib. Bu kriptovalyutanın həftəlik dəyər itkisi 14 faizdir.

"Tether” kriptovalyutalar arasında ən az dəyər itirənidir. Bu virtual pul 0,02 faiz ucuzlaşaraq, 1 dollar olub. Həftəlik itki isə 0, 04 faizdir.
"Ripple” son 24 saat ərzində 9 faiz geriləyib və 0,52 dollar olub. Həftəlik dəyər itkisi 18 faiz təşkil edir

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM