Bu barədə Oyunların təşkilat komitəsi məlumat yayıb.
Bildirilib ki, onlardan üçü Atletlər kəndində yaşayan rezidentlərdir.
COVID-19 virusunun aşkar edildiyi şəxslərdən üçü əcnəbi idmançı, üçü əcnəbi jurnalist, 10-u Olimpiya nümayəndə heyətinin üzvü və daha üçü müqavilə ilə işləyən əməkdaşlardır.
Beləliklə, iyulun 23-dək olan məlumata görə Olimpiya Oyunları ilə birbaşa əlaqəli olan şəxslər arasında koronavirusa yoluxanların sayı ümumilikdə 110 nəfərə çatıb.
Onlardan 56-sı Yaponiya sakini, 54-ü isə əcnəbidir. Həmçinin, bildirilir ki, virusa yoluxanlar arasında 13 idmançı, 8 KİV nümayəndəsi və bir könüllü var. Onlardan yalnız 12-si Atletlər kəndində yaşayır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !