Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

16:37 | 27.09.2021
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1 241 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 481 401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 452 968 nəfər müalicə olunaraq sağalıb, 6 476 nəfər vəfat edib. 21 957 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 684, bu günə qədər isə ümumilikdə 4 830 338 test icra olunub.

Həmçinin,  bu gün Azərbaycanda 630 nəfər vaksinasiya olunub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 605 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 8 350 575, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 713 775, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 636 800 təşkil edir.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM