"Ölkəmizin gəncləri və idmançıları, Bir ay əvvəl gənclər və idman naziri təyin olundum. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin mənə göstərdiyi yüksək etimaddır. Təyinatım zamanı Prezidentin verdiyi tapşırıq və tövsiyyələrin həyata keçirilməsi üzərimizə böyük məsuliyyət qoyur".
Bu fikirləri nazir Fərid Qayıbov təyinatının bir ayı ilə bağlı danışarkən deyib.
O, təyinatın hər iki sahədə yeni mərhələnin başlanğıcına təsadüf etdiyini bildirib: "İdmanda demək olar ki, həmişə Olimpiya Oyunlarının nəticələri yeni mərhələnin başlanmasını əlaqələndirir. Bu qlobal yarışlar obyektiv olaraq təkcə yüksək nəticəli idman növlərində deyil, həm də kütləvi idmanda mövcud olan qüsur, səhv və çatışmazlıqları üzə çıxarır. Təbii ki, olimpiada güclü tərəflərimizi də göstərir. İdman bu gün böyük bir sənaye və təhsil, strategiya və kadr, təşkilatı-hüquqi və maliyyə-təsərrüfat məsələləridir. Yalnız düzgün qurulmuş əlaqələr davamlı müvəffəqiyyətlə nəticələnə bilər",-deyə nazir əlavə edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !