Son sutkada koronavirusa yoluxanların statistikası

16:38 | 16.10.2021
Son sutkada koronavirusa yoluxanların statistikası

Son sutkada koronavirusa yoluxanların statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 681 yeni yoluxma faktı qeydə alınıb, 675 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 500 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 477 639 nəfər müalicə olunaraq sağalıb, 6 746 nəfər vəfat edib. 15 926 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 168, bu günə qədər isə ümumilikdə 5 014 141 test icra olunub.

Son 24 saatda koronavirus (COVID-19) əleyhinə 30 619 vaksin vurulub.Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 186, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 433 nəfərdir.Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 168 970, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 954 189, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 214 781 təşkil edir.
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM