Xalq artisti dəfn edildi

14:22 | 23.10.2021
Xalq artisti dəfn edildi

Xalq artisti dəfn edildi

Ötən gün dünyasını dəyişən Xalq artisti, xanəndə Canəli Əkbərov dəfn olunub.

Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində mədəniyyət naziri Anar Kərimov, nazirliyin nümayəldələri, incəsənət xadimləri, mərhumun ailə üzvləri iştirak ediblər.
 
Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti, xanəndə Canəli Əkbərovun dəfn mərasiminə əklil göndərib. Əklil sənətçinin məzarı önünə qoyulub.

C.Əkbərov şəkərli diabetdən əziyyət çəkirdi və iki gün əvvəl insult keçirərək komaya düşmüşdü.

C.Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunda anadan olub. Xanəndə 1989-cu ildə Azərbaycan milli mədəniyyətinin inkişafındakı uğurlarına görə Əməkdar artist, 1992-ci ildə Xalq artisti fəxri adlarına, 2000-ci ildə "Şöhrət”, 2010-cu ildə "Şərəf”, 2020-ci ildə isə 1-ci dərəcəli "Əmək” ordeninə layiq görülüb. О, Prezident təqaüdçüsü idi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM