Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

17:36 | 28.10.2021
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 420 yeni yoluxma faktı qeydə alınıb, 1 358 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 524 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 489 032 nəfər müalicə olunaraq sağalıb, 6 995 nəfər vəfat edib. 28 761 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 827, bu günə qədər isə ümumilikdə 5 158 035 test icra olunub. 

Həmçinin, son 24 saatda koronavirus (COVID-19) əleyhinə 49 294 vaksin vurulub. Azərbaycanda  bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 859, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 435 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 518 912, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 154 936, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 363 976 təşkil edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti