Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

16:36 | 16.11.2021
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 015 yeni yoluxma faktı qeydə alınıb, 2 178 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 563 940 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 525 838 nəfər müalicə olunaraq sağalıb, 7 502 nəfər vəfat edib, aktiv xəstə sayı 30600 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 035, ötən müddət ərzində isə ümumilikdə 5 380 154 test aparılıb.
 
Son 24 saatda koronavirus (COVID-19) əleyhinə 39287 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9625, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23670 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 10132050, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5028482, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4490360, buster doza üzrə vaksinasiya olunanların sayı isə 613208 təşkil edir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM