Fətullah Gülən öldü?

10:06 | 19.11.2021
Fətullah Gülən öldü?

Fətullah Gülən öldü?

Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülən zəhərlənib və dünyasını dəyişib.

Gülən çərşənbə günü gecə ABŞ-ın Pensilvaniya ştatında yaşadığı evdə zəhərlənib. Gülənin ətrafında olan daha bir nəfər də zəhərlənərək ölüb.

Villanın əməkdaşlarına isə media ilə təmasdan yayınmaq tapşırılıb. Bu, Gülənə qarşı sui-qəsd kimi dəyərləndirilir.

Amerika polisi və mediası bu məsələ ilə bağlı hələ ki, məlumat yaymayıb. 
Anadolu Agentliyinin Vaşinqton Bürosunun rəhbəri Hakan Çopurun öz tvitter hesabında yaydığı məlumatda deyilir ki, Gülənin zəhərləndiyi, ölmüş ola biləcəyi, onu zəhərləyənin öldürüldüyü ilə bağlı iddialar yaxından izlənilir və araşdırılır.
Fətullah Gülən 2016-cı ilin iyulundan dövlət çevrilişinə cəhddə iştirak etməkdə ittiham olunur.(qafqazinfo)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb