Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

16:31 | 30.11.2021
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 678 yeni yoluxma faktı qeydə alınıb, 1 934 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.
 
Azərbaycanda indiyədək ümumilikdə 588 318 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 554 749 nəfər müalicə olunaraq sağalıb, 7 856 nəfər vəfat edib, aktiv xəstə sayı 25713 nəfərdir.

Ölkədə son sutka ərzində 12 620, hazırkı dövrədək isə 5 539 284 test aparılıb.
 
Həmçinin, son 24 saatda Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 658 vaksin vurulub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 034 nəfər təşkil edib. Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 28 616 olub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 527 605, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 079 349, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 566 911 nəfər təşkil edir. Ümumilikdə isə 881 345 buster doza vurulub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb