Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

16:34 | 08.12.2021
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1210 yeni yoluxma faktı qeydə alınıb, 1853 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 599 713 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 569 238 nəfər müalicə olunaraq sağalıb, 8019 nəfər vəfat edib, aktiv xəstə sayı 22 456 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 033, ötən müddət ərzində isə ümumilikdə 5 633 054 test aparılıb,  koronavirus (COVID-19) əleyhinə 33 245 vaksin vurulub.Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 949, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 355 nəfər təşkil edib. Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 25 941 olub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 772 313, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 107 205, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 601 258 nəfər təşkil edir.
Ümumilikdə isə 1 063 850 buster doza vurulub.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM